Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
İclasda qlobal və regional təhlükəsizlik mühitinin mühüm tendensiyaları və Gürcüstanın üzləşdiyi çağırışlar müzakirə edilib, milli səviyyəli konseptual sənədlərin yenilənməsi prosesinə toxunulub.
İclasda mühüm infrastrukturun mühafizəsi sahəsində islahatların gedişi və konseptual-hüquqi bazanın yaradılması prosesinə də diqqət yetirilib.