Modern.az

İrandan gözlənilməz etiraf: Rusiyaya PUA vermişik

İrandan gözlənilməz etiraf: Rusiyaya PUA vermişik

Dünya

5 Noyabr 2022, 19:03

İran Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük etdiyini etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

 

XİN başçısı qeyd edib ki, tədarüklər Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl baş tutub.

 

“Biz Ukrayna müharibəsindən aylar əvvəl Rusiyaya az sayda PUA-lar vermişdik. Biz Ukraynanın xarici işlər naziri ilə razılaşdıq ki, Rusiyanın Ukraynada İran PUA-larından istifadə etdiyinə dair əllərində olan sənədləri bizə təqdim etsin. İki həftə əvvəl Avropa ölkəsində belə bir görüşümüz oldu. Müdafiə və siyasi nümayəndə heyətimiz həmin Avropa ölkəsinə getdi, təəssüf ki, Ukrayna nümayəndə heyəti iştirak etmədi”, - Abdullahian deyib.

 

Qeyd edək ki, bundan öncə İran rəsmiləri Rusiyaya PUA vermədiklərini deyirdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI