İspaniya polisi çəkisi 32 ton olan marixuananı müsadirə edib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, dünya tarixində ələ keçirilmiş ən böyük marixuana partiyasıdır.
Qablaşdırılmış narkotik maddənin qiyməti 64 milyon avrodur.
Narkotik alverçiləri bu bitkiləri qurudub qablaşdıraraq İspaniya, İsveçrə, Niderland, Almaniya və Belçikanın müxtəlif bölgələrinə göndəriblər.
"Bu, İspaniyada və ya dünyada indiyə qədər aşkar edilmiş ən böyük marixuana anbarıdır", - İspaniya Mülki Qvardiyasının bəyanatında deyilir.
Əməliyyat zamanı 9 kişi və 11-i qadın olmaqla 20 nəfər saxlanılıb.
Akif İsmayılov