Modern.az

Almaniyada 200 min işçi etiraza qalxdı - Maaşdan narazıdırlar

Almaniyada 200 min işçi etiraza qalxdı - Maaşdan narazıdırlar

Dünya

5 Noyabr 2022, 23:53

Almaniyanın sənaye müəssisələrində keçirilən tətillərdə 200 minə yaxın insan iştirak edib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Tagesschau" portalı yazıb.

 

Bildirilir ki, tətillərin səbəbi maaşların aşağı olmasıdır. Etirazçılar maaşlarının artırılmasını tələb edirlər. Məlumata görə, noyabrın 4-də 400-ə yaxın müəssisədə 83 minə yaxın işçi fəaliyyətini dayandırıb.

 

Qeyd edək ki, işçiləri tətil edən məşhur müəssisələr arasında BMW, "Ford" və "Meyer" kimi şirkətlər yer alıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI