Modern.az

Fransada radikal millətçilərin lideri dəyişdi

Fransada radikal millətçilərin lideri dəyişdi

6 Noyabr 2022, 00:38

Fransada radikal millətçi Milli Cəbhə partiyasının sədri dəyişib.

 

Modern.az xəbər verir ki, artıq partiyaya son iki seçkidə Fransa prezidenti Emmanuel Makronun əsas rəqibi olan Marin Le Pen rəhbərlik etməyəcək.

 

Parlamentdə 89 mandata sahib olan partiyaya 27 yaşlı Cordan Bardella liderlik edəcək.

 

Qeyd edək ki, bu dəyişiklik partiyanın 50 illik tarixində bir ilk hesab edilir. Belə ki, Milli Cəbhə partiyası Mari zn LePenin atası tərəfindən qurulub. Atasından sonra partiyaya onun özü rəhbərlik edib. Partiyaya ilk dəfə Le Pen ailəsindən olmayan şəxs rəhbərlik edəcək.

 

Lakin bu addımın partiyanın ideologiya və siyasətində dəyişikliyə səbəb olacağı gözlənilmir. Çünki Marin Le Pen partiyanda əsas qüvvə olaraq qalacaq. Le Penin 2027-ci il prezident seçkilərində partiyanın namizədi kimi yenidən iştirak edəcəyi gözlənilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI