Modern.az

Qərbdə Ukrayna müzakirəsi – Bayden sülhə inanmır 

Qərbdə Ukrayna müzakirəsi – Bayden sülhə inanmır 

Dünya

6 Noyabr 2022, 21:45

ABŞ və müttəfiqləri Rusiya ilə Ukrayna arasında müharibəyə danışıqlar yolu ilə son qoyulacağına inanmırlar.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Qərb diplomatlarına istinadən məlumat yayıb.

 

Bildirilir ki, Qərb ölkələrinin liderləri Rusiya ilə Ukrayna arasında gələcək razılaşmanın mümkün nəticələrini müzakirə edirlər. ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Ukrayna rəhbərliyini Rusiya ilə danışıqlarda açıq mövqe nümayiş etdirməyə çağırıb.

 

Nəşrin yazdığına görə, Qərb liderləri həm də Ukrayna məsələsində parçalanmaya səbəb ola biləcək həssas məsələləri müzakirə etməkdən yayınırlar.

 

Qeyd edək ki, son günlər Rusiya tərəfi Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduqlarını bildirsə də, Kiyev Mosvka ilə dialoqdan rəsmən imtina edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI