Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak tezliklə Ukraynaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Britaniyadakı səfiri Vadim Pristayko bildirib.
Təhlükəsizlik tədbirlərinə görə səfərin dəqiq tarixi açıqlanmır. “Amma səfər mütləq baş tutacaq”, - diplomat deyib.
Qeyd edək ki, Sunak seçki kampaniyası dövründə ilk xarici səfərini Ukraynaya edəcəyini açıqlamışdı.