Modern.az

Tokayevin Xəzər planı - İldə 20 milyon ton neft

Tokayevin Xəzər planı - İldə 20 milyon ton neft

Dünya

7 Noyabr 2022, 23:55

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Transxəzər Beynəlxalq Marşrutunun (Orta Dəhliz) inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Xəzər dənizinin sahilində yerləşən Aktau şəhərində çıxışı zamanı danışıb.

 

Tokayev bölgənin coğrafi mövqeyinə görə böyük nəqliyyat və logistika potensialına malik olduğunu deyib.

 

"Aktau liman şəhəri Qazaxıstanın dəniz qapısı kimi tanınır. Qlobal təchizat zəncirlərinin yenidən formalaşdırılması fonunda Xəzər dənizinin rolu kəskin şəkildə artıb", - deyə Prezident vurğulayıb.

 

Qeyd olunub ki, Qazaxıstan Xəzər dənizi ilə neft ixracını ildə 20 milyon tona çatdırmağı hədəfləyir.

 

"Bizim tərəfdaş ölkələrlə bu məsələdə qarşılıqlı razılaşmalarımız var. Nefti daşıma həcmini (bu marşrut üzrə) ildə 20 milyon tona çatdırmaqla Aktau və Kurik limanlarını tam işə salmalıyıq", - Tokayev deyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI