Modern.az

Bayden Netanyahuya dəstək verdi - İrana qarşı birlik

Bayden Netanyahuya dəstək verdi - İrana qarşı birlik

Dünya

8 Noyabr 2022, 00:45

ABŞ prezidenti Co Bayden İsrailin keçmiş baş naziri Benyamin Netanyahunu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jen-Pyer məlumat verib.

 

O, Vaşinqtonun İsraildə yeni hökumət qurulmasını yaxından izləyəcəyini bildirib. Bayden ikitərəfli tərəfdaşlığın gücünü bir daha təsdiqləyib və İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayıb.

 

Netanyahu zəngdən sonra "Twitter"də Baydenlə danışdığını bildirib. Netanyahu Baydenə deyib ki, onlar “daha çox sülh sazişləri əldə edə və İran təhlükəsi ilə mübarizə apara bilərlər”.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI