Modern.az

Putin G20 liderlərinin sammitinə getmək istəmir

Putin G20 liderlərinin sammitinə getmək istəmir

Dünya

8 Noyabr 2022, 09:26

İndoneziya prezidenti Coko Vidodo Rusiya lideri Vladimir Putinin gələn həftə Balidə keçiriləcək G20 liderlərinin sammitində iştirak etməyəcəyi ilə bağlı "güclü təəssürat" yaratdığını bildirib.


Coko Vidodo bu qənaətə ABŞ-ın İndoneziya rəsmilərinin tədbirdə Putin və Co Bayden arasında ikitərəfli görüş keçirmək təklifini rədd etməsindən sonra gəlib.

Modern.az xəbər verir ki, İndoneziya prezidenti Financial Times-a müsahibəsində deyib ki, ötən çərşənbə günü Putinlə G20 sammitini müzakirə edib və bu söhbət nəticəsində onda Rusiya liderinin gəlməyəcəyi təəssüratı yaranıb.


Vidodo geosiyasi gərginliyin sammitə kölgə salacağından məyus olduğunu bildirib.

“G20 siyasi forum kimi nəzərdə tutulmayıb. Bu, iqtisadiyyat və inkişafla bağlı olmalıdır”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI