Modern.az

İki həftə əvvəl təyin edilən nazir istefa verdi 

İki həftə əvvəl təyin edilən nazir istefa verdi 

Dünya

9 Noyabr 2022, 00:44

Böyük Britaniyanın yeni hökumətində təmsil olunan təhsil naziri Qevin Uilyamson istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özü açıqlamasında bildirib.

 

İki həftə əvvəl vəzifəyə gətirilən Qevin parlamentdə bəzi həmkarlarını təhdid və təhqir etməkdə ittiham olunur.

 

Hökumət ittihamları araşdırmağa başlayıb. O, ittihamları qəbul etməsə də, araşdırmanın düzgün aparılması üçün istefa verdiyini bəyan edib.

 

Britaniya Baş nazirinin sözçüsü bildirib ki, həmkarlarına qarşı zorakılıqda ittiham olunan Uilyamsonla bağlı iddiaları yoxlamaq üçün daha çox vaxt lazımdır. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI