Modern.az

Polisdən qaçan sabiq deputat qəzada ÖLDÜ

Polisdən qaçan sabiq deputat qəzada ÖLDÜ

Dünya

10 Noyabr 2022, 11:43

Ali Radanın keçmiş xalq deputatı və Ukraynanın keçmiş “Vahid Rusiya” partiyasının rəhbəri Oleksiy Remenyuk işğal altında olan Simferopolda polisin təqibi zamanı ölüb.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

 

Belə ki, “Range Rover” markalı avtomobili ilə dostunun ad günündən qayıdan 66 yaşlı Remenyuku polis saxlayıb.

 

Sənədlərin yoxlanılması zamanı ondan alkoqol testindən keçməsi istənilsə də, sabiq deputat sərxoş olduğu üçün bundan imtina etməyə başlayıb.

 

Polis Remenyuku saxlamağa çalışsa da, o, qaçıb.

 

Təqib zamanı Remenyukun avtomobili qarşıdan gələn zolağa çıxıb və yük maşını ilə toqquşub. O və sərnişini hadisə yerində ölüblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI