Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Səmərqənddə keçirilən Zirvə Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyə Prezidenti Səmərqəndədir.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan XİN başçısı Vladimir Norov "Twitter"də məlumat verib.
Prezident Ərdoğanı Səmərqənd beynəlxalq hava limanında Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmilər qarşılayıb.
Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğan da müşayiət edir.