Modern.az

Ərdoğan Özbəkistanda yüksək mükafata layiq görüldü

Ərdoğan Özbəkistanda yüksək mükafata layiq görüldü

Dünya

10 Noyabr 2022, 19:29

Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan lideri Şavkat Mirziyoyev birgə mətbuat konfransı keçiriblər.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, konfrans zamanı Ərdoğana Özbəkistanın ən yüksək dövlət medalı təqdim edilib.

 

Ərdoğan dövlət medalına layiq görülməsindən çox məmnun olduğunu vurğulayıb.

 

“Mən bu medalı ölkələrimiz arasında əbədi qardaşlığın güclü simvolu kimi qəbul edirəm”, - deyə Türkiyə lideri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI