Modern.az

Rusları Xersondan çıxarmaq üçün 1 həftə lazımdır 

Rusları Xersondan çıxarmaq üçün 1 həftə lazımdır 

10 Noyabr 2022, 23:45

Rusiya qoşunlarını Xerson şəhərindən çıxarmaq üçün ən azı bir həftə vaxt lazımdır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov "Reuters" agentliyinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, qış döyüş meydanında əməliyyatları ləngidir və hər iki tərəfə özünü bərpa etmə şansı verir.

 

Nazir deyib ki, Rusiyanın Xerson vilayətində 40 minlik kontingenti var və Rusiya qüvvələri şəhərdə, şəhərin ətrafında və Dnepr çayının sağ sahilindədir.

 

"Bu qoşunları bir və ya iki günə Xersondan çıxarmaq o qədər də asan deyil. Ən azI bir həftə çəkəcək", - o bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?