Modern.az

Kremldən Xerson AÇIQLAMASI - Peşman deyilik

Kremldən Xerson AÇIQLAMASI - Peşman deyilik

Dünya

11 Noyabr 2022, 13:44

Kreml Xerson vilayətini ölkəyə qəbul etdiyinə görə peşman deyil.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Xeyr, Kreml peşman deyil", - Peskov jurnalistlərin sualına cavabında deyib.

 

O, həmçinin bildirib ki, Xerson vilayəti Rusiya Federasiyasının subyekti kimi qanunla təsbit olunub, bunu dəyişdirmək olmaz.

 

Bundan əlavə, Kreml sözçüsü hərbçilərin Xerson vilayətindəki rus qoşunlarını Dnepr çayının sol sahilinə çıxarmaq qərarına münasibət bildirməyib, bununla bağlı bütün sualları Rusiya Müdafiə Nazirliyinə yönləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI