Modern.az

Bu gün tarixi gündür - Zelenski şad xəbər verdi

Bu gün tarixi gündür - Zelenski şad xəbər verdi

Dünya

11 Noyabr 2022, 22:15

Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələri artıq Xersondadır.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı bildirib.

 

Dövlət başçısı qeyd edib ki, bu gün tarixi gündür: 

 

"Biz Xersona qayıdırıq. Son məlumata görə, ordumuz şəhərin bir addımlığındadır. Bir azdan şəhərə girəcəyik. Xüsusi təyinatlılarımız artıq şəhərdədir. Xersonlular bunu gözləyirdi. Onlar heç zaman Ukraynadan üz döndərməyiblər. Ukraynaya olan ümidlər hər zaman doğrulur, Ukrayna özünə aid olanı qaytarır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI