Türkiyənin Ərzincan şəhərində 3,8 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 20:02-də qeydə alınıb.
İlkin məlumata görə, dərinliyi 6,99 kilometr olan zəlzələ zamanı dağıntı olmayıb.