“Biz ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlimizdən gələni edəcəyik".
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.
Baş nazir qeyd edib ki, sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edən çərçivə sazişi imzalana bilər.
“Sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - deyə Paşinyan vurğulayıb.