Modern.az

“Bu adamı Bayden gizlədir” - Ərdoğandan sərt AÇIQLAMA

“Bu adamı Bayden gizlədir” - Ərdoğandan sərt AÇIQLAMA

Dünya

12 Noyabr 2022, 13:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.


Modern.az-ın məlumatına görə, Ərdoğan Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən və onun tərəfdarlarının gizləndiyi ölkələrin adlarını açıqlayıb:


"Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar. Və Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir.Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm”.


 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI