Modern.az

Ukrayna polisi Xersonda sabitləşdirmə tədbirləri görür

Ukrayna polisi Xersonda sabitləşdirmə tədbirləri görür

Dünya

13 Noyabr 2022, 00:19

Ukrayna Silahlı Qüvvələrinin üzvləri artıq Xerson vilayətinin 60 yaşayış məntəqəsi üzərində nəzarəti ələ alıb.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciəti zamanı deyib.

 

"Bu gün axşam saatlarından etibarən müdafiə qüvvələri Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsinə nəzarəti təmin edib, polis sabitləşdirmə tədbirlərinə başlayıb. Sabitləşdirmə tədbirləri Xersonun özündə də davam edir", - Zelenski bildirib.

 

O qeyd edib ki, azad edilmiş ərazinin hər yerində bomba mütəxəssisləri işləyir: "Artıq 2000-ə yaxın partlayıcı maddə ələ keçirilib".

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI