Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış nəticəsində ölən və yaralananların olması barədə xəbəri böyük kədərlə qarşıladıq.
Modern.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatınınn (TDT) rəsmi "Twitter" hesabında paylaşım edilib.
"Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmağı arzu edirik", - paylaşımda bildirilib.
Belə ağır məqamda TDT-nin Türkiyənin yanında olduğu vurğulanıb.
Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.