ABŞ İstanbulda baş verən zorakılıq aktını qətiyyətlə pisləyir.
Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer "Twitter" hesabında yazıb.
O, partlayış zamanı yaralananlara şəfa diləyib, yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib: “Biz terrorla mübarizədə NATO müttəfiqimiz Türkiyə ilə çiyin-çiyinəyik”.
Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.