Modern.az

Terror aktına görə 46 nəfər saxlanılıb - Nazir

Terror aktına görə 46 nəfər saxlanılıb - Nazir

14 Noyabr 2022, 12:32

İstanbuldakı terror aktında əli olmaqda şübhəli bilinən 46 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Modern.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.

 

Partlayış bazar günü günorta saatlarında İstanbulun mərkəzindəki Bəyoğlu məhəlləsinin İstiklal küçəsində baş verib. Hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb.

Terror aktının PKK-PYD təşkilatına bağlı şəxslər tərəfindən törədildiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu