Modern.az

İstanbuldakı terrorda yaralananların SON DURUMU

İstanbuldakı terrorda yaralananların SON DURUMU

14 Noyabr 2022, 15:16

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumda yaralananlarla bağlı açıqlama verib.

 

Modern.az “TRT Haber”ə istinadən bildirir ki, Koca 55 nəfərin müalicələrinin başa çatdıqdan sonra evə buraxıldığını bildirib.

 

O, 5-i reanimasiyada olan 26 xəstənin müalicəsinin davam etdiyini qeyd edib.

 

“İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 55-i müalicələri başa çatdıqdan sonra evə buraxılıb. 26 xəstənin müalicəsi davam edir, onlardan 5-i reanimasiya şöbəsindədir. Təəssüf ki, reanimasiyada olan iki xəstəmizin vəziyyəti ağır olaraq qalır”, - nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu