Modern.az

İranın xarici işlər nazirindən Türkiyədəki terrora REAKSİYA

İranın xarici işlər nazirindən Türkiyədəki terrora REAKSİYA

Dünya

14 Noyabr 2022, 17:28

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İstanbulda törədilən terror aktını pisləyib.

Modern.az-ın məlumatına görə, iranlı nazir özünün Tvitter səhifəsində Türkiyə xalqı və hökumətini dost adlandıraraq, başsağlığı verib.


“Biz İstanbulda törədilən terror aktını və günahsız insanlara hücumu qətiyyətlə pisləyirik”, - deyə Hüseyn Əmir Abdullahian bildirib.
 

Onun sözlərinə görə, dünyanın istənilən yerində terror qınaq obyekti sayılır.


Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də ölkəsinin və Türkiyə xalqının təhlükəsizliyinə qarşı yönəlmiş istənilən terror aktını pisləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu