Modern.az

Məşhur aktyorun Rusiyaya girişinə qadağa qoyuldu

Məşhur aktyorun Rusiyaya girişinə qadağa qoyuldu

Dünya

14 Noyabr 2022, 19:51

Rusiya Kanadanın 100 vətəndaşına qarşı sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

2004-cü ildə ikinci Kanada vətəndaşlığını alan məşhur amerikalı aktyor Cim Kerri də "qara siyahı"ya salınıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyalar Kanadanın tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib.

 

Siyahıda aktrisa Ketrin Uinnik, yazıçılar Marqaret Atvud və Mariya Reva, yazıçı və kinorejissor Devid Bezmozgis, Kanadanın Kommunikasiyalar üzrə Təhlükəsizlik Direktoru Karolin Ksavyer və keçmiş baş prokuror Piter Makkay da var.

 

Sanksiya tətbiq edilən şəxslərin Rusiyaya girişinə qadağa qoyulub.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu