Modern.az

Blinken gələn il Çinə gedəcək

Blinken gələn il Çinə gedəcək

14 Noyabr 2022, 20:27

ABŞ dövlət katibi Entoni Blinken gələn ilin əvvəlində Çinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi Ağ Evə istinadən məlumat yayıb.

 

Blinken sonuncu dəfə 2018-ci ildə Çində səfərdə olub.

 

Bundan əvvəl Ağ Ev bildirib ki, ABŞ Prezidenti Cozef Bayden və Çin lideri Si Cinpin Balidə keçirilən görüşdə Blinkenin Çinə səfəri ilə bağlı razılığa gəliblər.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat