Modern.az

ABŞ Ermənistanda şirkətə sanksiya tətbiq etdi 

ABŞ Ermənistanda şirkətə sanksiya tətbiq etdi 

Dünya

14 Noyabr 2022, 22:33

ABŞ Rusiya ilə əlaqəli hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Şirkətlər Rusiyanın hərbi sənayesinə yardım etməkdə ittiham olunur. Ümumilikdə, 14 fiziki, 28 hüquqi şəxs "qara siyahı"ya salınıb. Onların arasında Ermənistanda yerləşən şirkət də var.

 

“Milandr”ın Ermənistanda yerləşən filialı “Milur Electronics” MMC mikroçiplər istehsal etmək və xaricə satışlar həyata keçirmək məqsədi ilə yaradılıb. Sözügedən şirkət də sanksiyalara məruz qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu