Modern.az

Çin hücum etsə, ABŞ Tayvanı qoruycaq - Bayden

Çin hücum etsə, ABŞ Tayvanı qoruycaq - Bayden

Dünya

14 Noyabr 2022, 22:52

ABŞ və Çin arasında yeni “soyuq müharibə” olmayacaq.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

 

“Mən inanıram ki, yeni “soyuq müharibə” olmayacaq. Si Cinpinlə bir neçə dəfə görüşmüşəm. Bütün bu görüşlərdə biz bir-birimizə qarşı səmimi və açıq idik. Çin tərəfindən Tayvanın işğalına dair hər hansı bir cəhd olacağını düşünmürəm”, - Bayden bildirib.

 

O, eyni zamanda qeyd edib, Çin hücum edəcəyi təqdirdə ABŞ adanı qoruycaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu