Modern.az

İranlı nazir və generala sanksiya tətbiq edildi

İranlı nazir və generala sanksiya tətbiq edildi

Dünya

14 Noyabr 2022, 23:58

Avropa İttifaqı (Aİ) İran Hüquq-Mühafizə Qüvvələrinin (LEF) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölgə rəhbərlərinə (4 nəfər), habelə İran ordusunun Quru Qoşunlarının Komandanı, briqada generalı Kiyumərs Heydəriyə sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) yaydığı məlumatda bildirilir.

 

Təşkilat İranın Press TV dövlət televiziyasına məhbusların məcburi etiraflarının hazırlanması və yayımlanmasında məsuliyyət daşıdığını bəyan edib. Bundan əlavə, Aİ İran kiber polisinin rəhbəri Vahid Məhəmməd Naser Məcidi "qars siyahı"ya salıb.

 

Aİ, həmçinin İranın daxili işlər naziri Əhməd Vahidiyə də sanksiya tətbiq edib. 

 

Bildirilir ki, sanksiya tətbiq edilən şəxslər İranda baş verən son etirazların yatırılmasında iştirak edən rəsmilərdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu