Modern.az

ABŞ-a meydan oxumaq niyyətində deyilik - Çin lideri

ABŞ-a meydan oxumaq niyyətində deyilik - Çin lideri

Dünya

15 Noyabr 2022, 08:33

Ötən gün Çin lideri Si Cinpin G20 sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin rəhbəri Baydenlə görüşdə "ticarət müharibəsi" və ya "texnoloji müharibə" başlatmağın, iqtisadi əlaqələri kəsməyin heç kimin marağında olmadığını bildirib.

 

Si Çinpin, həmçinin Çinin mövcud beynəlxalq nizamı dəyişdirmək, ABŞ-a meydan oxumaq və ya onu əvəz etmək niyyətində olmadığını vurğulayıb.

 

Qeyd edək ki, iki liderin görüşü təxminən üç saat yarım çəkib. Liderlər ABŞ və Çin arasındakı iqtisadi, texnoloji və ideoloji sahədə mövcud problemləri müzakirə ediblər.

 

Çin lideri gərginliyin hər iki ölkənin maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğun olmadığını qeyd edərək, ABŞ-ın kapitalizm, Çinin isə sosializm yolu ilə inkişafı mənimsədiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, hər iki tərəf bu fərqliliyə hörmətlə yanaşmalıdır.

 

Qeyd edək ki, liderlər sonuncu dəfə 2015-ci ildə Cinpinin ABŞ-a səfəri zamanı görüşüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu