"Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsinin simvoludur".
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiyanın işğalından azad edilən Xerson Ukraynanın cənubundakı ən mühüm şəhərlərdən biridir:
"Xerson Rusiyanın fevralın 24-dən sonra ələ keçirə bildiyi yeganə regional mərkəz idi. İndi isə Xerson azaddır. Artıq insanlar savaşın hansı nəticə ilə başa çatacağını bilirlər".
Qeyd edək ki, Ukraynanın Xerson şəhəri bir neçə gün öncə Rusiyanın işğalından azad olunub. Ötən gün Zelenski şəhərə səfər edib.