Modern.az

Yeni böhrana hazır olun! - Ərdoğandan xəbərdarlıq

Yeni böhrana hazır olun! - Ərdoğandan xəbərdarlıq

Dünya

15 Noyabr 2022, 17:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 sammitində iştirak edib.

 

Modern.az xəbər verir ki, Ərdoğan sammitdə önəmli mesajlar verib. 

 

Türkiyə lideri dünyanı yeni ərzaq böhranına hazır olmağa çağırıb. O, eyni zamanda dünyanın aparıcı ölkələrini böhrandan xilas olmaq üçün təcili tədbirlər görməyə səsləyib:

 

"Dünya buğda, günəbaxan yağı və qarğıdalı ilə yanaşı, düyüdə də böhran ehtimalı ilə üzləşib. Gübrə bazarı sürətlə sabitləşməlidir. Əks halda, gələn il daha böyük ərzaq böhranı yaşayacağıq. İxrac olunan taxılın ehtiyacı olan inkişaf etməmiş bölgələrə, xüsusən də Afrikaya təcili çatdırılması üçün tədbirlər görməliyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu