Roma Papası Fransisk İstanbulda baş verən terror hadisəsinə münasibət bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Papa baş verənlərə görə kədərləndiyini deyib, partlayışda həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
Fransisk heç bir zorakılığın türk xalqının "qardaşlıq, ədalət və sülh dəyərlərinə əsaslanan bir cəmiyyət qurmaq" səylərinə mane olmaması üçün dua etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən həftənin bazar günü Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticədə 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən Suriya əsilli Əhlam Əlbəşir saxlanılaraq istintaqa cəlb olunub.