Rusiya ordusu bu gün Ukraynaya rekord sayda, təxminən 100-ə yaxın raket atıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat bildirib.
Bundan əvvəl ən çox raket oktyabrın 10-u atılıb, həmin gün Ukraynaya qarşı 80 raketdən istifadə edilib.
"Bəli, bu, kütləvi raket zərbəsidir. Bəli, kritik infrastruktur obyektləri birinci hədəfdir. Amma gördüyümüz kimi, yaşayış binalarına raket hücumlarının nəticələri var", - o deyib.
İqnatın sözlərinə görə, bugünkü kütləvi zərbədə Rusiyanın strateji təyyarələri iştirak edib. Endirilən raketlər arasında X-101 və X-555 modelləri də var.
Məlumata görə, ruslar dənizdən buraxılan "Kalibr" raketlərindən də istifadə ediblər. Raketlərin bəziləri hava hücumundan müdafiə sistemləri ilə vurulub.
Akif İsmayılov