Modern.az

Polşa Milli Təhlükəsizlik Komitəsi təcili TOPLANIR

Polşa Milli Təhlükəsizlik Komitəsi təcili TOPLANIR

Dünya

15 Noyabr 2022, 22:14

Polşanın baş naziri milli təhlükəsizlik və müdafiə işləri üzrə komitənin təcili iclasını çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü "Twitter"də bildirib.

 

Müdafiə, daxili işlər, ədliyyə və xarici işlər nazirliklərinin rəhbərlərindən, habelə kəşfiyyat xidmətlərinin direktorlarından ibarət komitə milli təhlükəsizlik və müdafiə ilə bağlı qərarlar hazırlayan və əlaqələndirən orqandır.

 

Komitənin nəyi müzakirə edəcəyi açıqlanmayıb.

 

Qeyd edək ki, Rusiya Ukraynanın bütün şəhərlərini və enerji obyektlərini vurub, ən azı bir nəfər ölüb. Təxminən doqquz ay davam edən müharibənin ən ağır raket zərbələri dalğası elektrik enerjisində geniş fasilələrə səbəb olub.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu