Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevodov şəhərinə iki raket düşüb.
Modern.az xəbər verir ki, bu barədə Polşanın Zet radiostansiyası məlumat yayıb.
Bildirilir ki, hadisə zamanı iki Polşa vətəndaşı həlak olub. Yerli polis, prokurorluq və Polşa ordusunun bölmələri hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, bu gün Rusiya ordusu Ukraynaya kütləvi şəkildə raket zərbələri endirib. Polşaya düşən raketlərin Rusiya tərəfindən atıldığı güman olunur.
Akif İsmayılov