Modern.az

Macarıstan da Ukraynaya görə təcili iclas ÇAĞIRDI

Macarıstan da Ukraynaya görə təcili iclas ÇAĞIRDI

Dünya

15 Noyabr 2022, 23:23

Ukraynada elektrik enerjisinin kəsilməsinə görə Macarıstan istiqamətində "Drujba" kəməri ilə neftin nəqli dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs bildirib ki, "Drujba" neft kəmərinin bağlanması və Polşaya raketin düşməsi ilə əlaqədar Macarıstan təcili olaraq Təhlükəsizlik Şurasını çağırıb.

 

Qeyd edək ki, bu gün Rusiya Ukrayna ərazisinə genişmiqyaslı raket zərbələri endirib. Zərbələr nəticəsində Ukraynada ciddi elektrik kəsintisi yaşanıb. Raketlərdən ikisi Polşa ərazisinə düşüb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu