Modern.az

Pentaqondan Polşaya raket atılmasına REAKSİYA

Pentaqondan Polşaya raket atılmasına REAKSİYA

Dünya

15 Noyabr 2022, 23:43

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Polşaya raket atılmasına reaksiya verib.

 

Modern.az xəbər verir ki, Pentaqon nümayəndəsi Polşaya raket düşməsi barədə məlumatı nə təkzib, nə təsdiq edib.

 

"Pentaqon NATO müttəfiqləri ilə sıx koordinasiyadadır, hazırda Pentaqon Rusiya raketlərinin birbaşa Polşaya yönəldiyini, yoxsa vurulduğunu, habelə, təsadüfi raketlər olduğunu müəyyən edə bilmir", - açıqlamada bildirilib.

 

Bundan əlavə, ABŞ rəsmisi Polşaya raket düşməsi ilə NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi perspektivi barədə suala cavab olaraq bildirib ki, faktlar olmadan spekulyasiya etmək doğru deyil.

 

"Biz NATO torpaqlarını müdafiə edəcəyik", - deyə ABŞ nümayəndəsi qeyd edib.

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu