Modern.az

Estoniyadan Polşaya dəstək: Müdafiəyə hazırıq!

Estoniyadan Polşaya dəstək: Müdafiəyə hazırıq!

Dünya

15 Noyabr 2022, 23:52

Estoniya Xarici İşlər Nazirliyi (XİN) Polşaya dəstək nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniya XİN "Twitter" hesabında məlumat paylaşıb.

 

“Polşadan gələn son xəbərlər narahatlıq doğurur. Polşa və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparırıq. Estoniya NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır. Biz yaxın müttəfiqimiz Polşa ilə tam həmrəyik”, - paylaşımda deyilir.

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu