Modern.az

Polşaya raket düşməsi araşdırılır - Vaşinqton hərəkətə keçdi

Polşaya raket düşməsi araşdırılır - Vaşinqton hərəkətə keçdi

Dünya

16 Noyabr 2022, 00:26

Rusiya raketlərinin Polşa ərazisinə düşməsi ilə bağlı xəbərlər narahatlıq doğurur.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

 

O bildirib ki, Vaşinqton nə baş verdiyini müəyyənləşdirməyə çalışır.

 

"Dövlət Departamenti tərəfdaşlarla danışır və Polşa hökuməti ilə işləyir", - deyə Petel bildirib.

 

Ağ Ev isə vurğulayıb ki, ABŞ hələlik Polşadan gələn xəbərləri təsdiq edə bilmir.

 

CNN-in məlumatına görə, ABŞ müdafiə naziri Lloyd Ostin tezliklə polşalı həmkarı ilə danışıqlar aparacaq. 

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?