Modern.az

NATO rəhbərindən Polşa AÇIQLAMASI

NATO rəhbərindən Polşa AÇIQLAMASI

Dünya

16 Noyabr 2022, 01:35

NATO-nun baş katibi Yens Stoltenberq və Polşa prezidenti Anjey Duda arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə NATO rəhbəri tviter hesabında yazıb.

 

“Polşadakı partlayış barədə prezident Duda ilə danışdım. Həlak olanlarla bağlı başsağlığı verdim. NATO vəziyyəti izləyir və müttəfiqlər diqqətlə məsləhətləşir. Bütün faktların müəyyən edilməsi vacibdir”, - Baş katib vurğulayıb.

 

Xatırladaq ki, Rusiya ordusu bu gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu