Modern.az

İstanbuldakı terrorun ANBAAN GÖRÜNTÜLƏRİ

İstanbuldakı terrorun ANBAAN GÖRÜNTÜLƏRİ

Dünya

16 Noyabr 2022, 11:24

Xəbər verdiyimiz kimi, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində partlayış törədən Suriyaəsilli Ahlam Albashır saxlanılıb. O, PKK terror təşkilatının “Ayn el Arab” mərkəzindən göstəriş aldığını və hadisəni törətdikdən sonra oradan qaçdığını etiraf edib.

 

Modern.az "TRT Haber”ə istinadən xəbər verir ki, terrorçu qadının hadisə yerinə necə gəldiyini və terror aktını törətdikdən sonra qaçdığını əks etdirən yeni görüntülər yayılıb.

 

Görüntülərdən qadının skamya üzərində əyləşdiyini, daha sonra bel çantasını orada qoyaraq uzaqlaşdığını görmək mümkündür.

 

Qeyd olunur ki, bombanı qoyan qadının hadisə yerinə gəlib-getdiyini lentə alan 1200 təhlükəsizlik kamerasının görüntüləri araşdırılıb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU