NATO-nun Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya yollanıb.
Modern.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
"Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq", - deyə NATO-nun rəsmi açıqlamasında bildirilib.
Tallin limanında dayanan NATO gəmilərinə Niderland freqatı, həmçinin "HNLMS Tromp" (F803) flaqman gəmisi, Danimarkanın "HDMS Esbern Snare" (F342) freqatı və Norveçin "HNoMS Maud" tankeri daxildir.
Akif İsmayılov