Müharibənin başlamasından bəri Ukraynaya 23 milyard dollardan çox maliyyə yardımı ayrılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
Onun sözlərinə görə, bu məbləğin 4,8 milyard dolları Avropa İttifaqı (Aİ), 8,5 milyard dolları isə ABŞ tərəfindən verilib.
Ümumilikdə isə Ukrayna 2023-cü ildə Aİ-dən 18 milyard avro məbləğində maliyyə yardımı paketi gözləyir. Vəsait büdcə kəsirini ödəmək üçün istifadə ediləcək.