Modern.az

Kansleri təhqir edən ukraynalı diplomata yüksək vəzifə verildi

Kansleri təhqir edən ukraynalı diplomata yüksək vəzifə verildi

18 Noyabr 2022, 23:58

Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik xarici işlər nazirinin müavini təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk məlumat verib.

 

Melnik 2014-cü ildən Ukraynanın Almaniyadakı səfiri vəzifəsində çalışırdı. Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il iyulun 9-da onu vəzifəsindən azad edib.

 

2022-ci ilin mayında Melnik Kiyevə səfərdən imtina etdiyinə görə Almaniya kansleri Olaf Şoltsu təhqir etmişdi və onu "incimiş kolbasa" adlandırmışdı. Daha sonra səfir bildirmişdi ki, Şoltsa dediyi sözlərdən peşmandır. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu