Türkiyənin Qaziantep bölgəsində polisləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Qəza nəticəsində 5 çevik polis əməkdaşının yaralandığı bildirilib. Aşan mikroavtobusda 5 çevik qüvvət polisi yaralanıb. Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.
Qəzanın səbəbi bəlli deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Akif İsmayılov