Rusiyanın Saxalin vilayətində yaşayış binasında baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb. Onlardan üçü uşaqdır. Hadisə zamanı daha 9 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, qaz sızması səbəbindən baş verən partlayış nəticəsində beşmərtəbəli binanın bir bloku tamamilə uçub.
Məlumata görə, partlayış baş verən bina 1980-ci ildə inşa edilib. Binada qaz olmayıb. Hadisənin mənzillərdən birində qaz balonun partlaması səbəbindən baş verdiyi bildirilib.
***
Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 8 nəfərə çatıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib.
Onun sözlərinə görə, ölənlərdən üçü uşaqdır.
Hazırda itkin düşmüş daha 3 nəfərin axtarışları davam etdirilir.
***
Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında partlayış olub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayışa qaz sızması səbəb olub. Hadisə nəticəsində binanın bir hissəsi dağılıb.
İlkin məlumata əsasən, partlayış nəticəsində 3 nəfər ölüb. Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.