Modern.az

Erməni nazirdən ETİRAF - Əhalinin yarısı yoxsul və acdır

Erməni nazirdən ETİRAF - Əhalinin yarısı yoxsul və acdır

19 Noyabr 2022, 11:16

Ermənistanda əhalinin yarısı, təxminən 47,6 faizi yoxsuldur.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Narek Mkrtçyan bildirib.

 

Erməni nazir ölkədə yoxsulların sayının artacağını istisna etməyib. O, etiraf edib ki, ölkə əhalisinin 21 min nəfəri aclıq həddində yaşayır.

 

"Ermənistanda yoxsulluq səviyyəsi sonuncu dəfə 2020-ci ildə hesablanıb. Bu məlumatlara əsasən, Ermənistan əhalisinin demək olar ki, yarısı və ya 47,6%-i yoxsuldur, ölkə əhalisinin 0,7%-i isə acdır", - nazir yerli mediaya müsahibəsində vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu